İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin 3 və 8 oktyabr tarixlərində keçiriləcək hərraca ümumilikdə 29 dövlət əmlakı çıxarılacaq.
Bizim.Media Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, oktyabrın 3-də keçiriləcək hərraca 23 nəqliyyat vasitəsi çıxarılacaq.
Avtomobillərin buraxılış tarixləri 2007-2019-cu illəri əhatə edir.
Oktyabrın 8-də keçiriləcək hərraca isə 6 səhmdar cəmiyyətinin səhm paketi çıxarılacaq. Hərracda iştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Ağdaş Quşçuluq”, “Gəncə Quşçuluq”, “Neftçala Ət”, “Salyan broyler”, “Xəzər Avtonəqliyyat” və “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətləridir.
Hərraca çıxarılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 175 min 157 manatla 1 milyon 223 min 95 manat arasında dəyişir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə //clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
Bizim.Media