Mərkəzi Bank Astana Maliyyə Xidmətləri Agentliyi ilə əməkdaşlıq edəcək

Hazırda oxunan: Mərkəzi Bank Astana Maliyyə Xidmətləri Agentliyi ilə əməkdaşlıq edəcək

212822

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Astana Maliyyə Xidmətləri Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AMB-dan Bizim.Media-ya bildirilib ki, memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasına, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, eyni zamanda maliyyə bazarlarının təhlükəsiz fəaliyyətinin təşviqinə və məlumat mübadiləsinin genişləndirilməsinə töhfə verəcək.

Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin təşkilinin həyata keçirilməsi də nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin