“Avrasiya Nəqliyyat Marşrutu" üzv ölkələrlə əlaqələri dərinləşdirə bilər” – Zufar Narzullayev

Hazırda oxunan: “Avrasiya Nəqliyyat Marşrutu" üzv ölkələrlə əlaqələri dərinləşdirə bilər” – Zufar Narzullayev

212294

“Orta Dəhlizin Cənub yolu bir çox ölkələrin iqtisadi-siyasi həyatına yeni rəng qata bilər. Ona görə də burada bütün məsələlər ən incə detallarına qədər müzakirə olunmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu "Özbəkistan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında deyib.

Tədbirin yüksək səviyyədə təşkilinə görə ADY-nin sədri Rövşən Rüstəmova minnətdarlığını ifadə edən Zufar Narzullayev qeyd edib ki, tədbirdə veriləcək qərarlar gələcəkdəki qarşılıqlı əməkdaşlığa böyük töhfə verə bilər:

“Xüsusən də daşınma tarifləri vacib amildir. Bu mənada "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması ortaya çıxacaq bütün suallara aydınlıq gətirə, üzv ölkələr arasında əlaqələri dərinləşdirə bilər”.

Günay Şahmar, Səid Qurbanov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin