Dollar ucuzlaşacaq? – MÜHÜM PROQNOZ

Hazırda oxunan: Dollar ucuzlaşacaq? – MÜHÜM PROQNOZ

212171

Məlum olduğu kimi, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) son dörd ildə ilk dəfə olaraq faiz dərəcəsini aşağı salıb

FED uçot dərəcəsinin faizlərini 0,50 faiz bəndi azaldaraq 5,25-5,50 faiz aralığından 4,75% -5,00% faiz aralığına endirdi. Beləliklə, Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk faiz endiriminə gedib. 
 

MÖVZU İLƏ BAĞLI:

Manatın dollara qarşı məzənnəsi ilə bağlı PROQNOZ AÇIQLANDI


Görəsən, FED-in bu qərarı dollara necə təsir edəcək? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli billdirir ki, FED-in son qərarı dolların bir qədər ucuzlaşmasına, lakin eyni zamanda, Amerika iqtisadiyyatının canlanmasına səbəb olacaq:

“FED-in faiz dərəcəsini aşağı salacağı gözlənilən idi. Amma birdən-birə faiz dərəcəsini 0,25 deyil, 0,50 faiz azaltması müəyyən mənada sürpriz oldu. Bu addım dünyada dolların bir qədər ucuzlaşmasına səbəb olacaq. 

Belə vəziyyətin yaranması isə Amerika iqtisadiyyatı üçün heç də pis deyil. Çünki dollar indeksinin baha olması Amerika ixracatını zəiflətmişdi. İndi isə dolların avro və digər valyutalara nisbətən bir qədər zəifləməsi nəticə etibarilə Amerika istehsalçıları və onların ixracat potensialına müsbət təsir göstərməlidir. 


Həmin səbəbdən düşünürəm ki, FED-in qərarı bilərəkdən atılmış addımdır. Sözügedən addım Amerika daxilində iqtisadi canlanmaya da səbəb olacaq. Çünki uçot dərəcəsi aşağı düşdükcə kredit faizləri də azalır. Kredit faizlərinin azalması ilə isə həm istehlak, həm də istehsal kreditlərinin verilməsi də artacaq. Bu da ABŞ iqtisadiyyatına müsbət təsir göstərəcək”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin