Pomidor ixracı xaricə çıxarılan məhsullar arasında liderliyini qoruyub saxlayır

Hazırda oxunan: Pomidor ixracı xaricə çıxarılan məhsullar arasında liderliyini qoruyub saxlayır

21180

İlin birinci rübündə qeyri-neft sektoru üzrə Azərbaycandan ixrac olunan məhsullar üzrə ilk yeri mevə-tərəvəz tutub.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycandan ümumilikdə 89 906.74 ton meyvə-tərəvəz ixrac olunub ki, bu da ölkəyə 97 milyon dollardan artıq vəsait gətirib. 

Meyvə-tərəvəz ixracının qeyri neft sektorunda ixrac edilən məhsullar arasında payı 19.39 faiz, ümumi ixracda payı isə 2.35 faiz təşkil edib. 

Bu məhsullar arasında tomat liderliyini qoruyub saxlayır – İlin ilk rübündə ölkədən 19 516 tonluq tomat ixrac olunub ki, buna görə ölkəyə 21 milyon dollardan artıq vəsait daxil olub. 

Xatırladaq ki, Azərbaycan məhsullarının əsas bazarı sayılan Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ötən ilin sonlarında Azərbaycanda pomidor və almanın ixracına qadağa qoymuşdu. Sonradan bəzi şirkətlərin pomidor ixrac etməsinə icazə verildi.  

İxrac olunan meyvə-tərəvəz məhsulları arasında sonrakı yerləri meşə fındığı, alma, xurma və nar tutub.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin