Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev sentyabrın 13-də Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə dövlət başçılarının birgə səyləri nəticəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin siyasi, ticari-iqtisadi, energetika, nəqliyyat-tranzit, humanitar və bir çox digər sahələrdə yüksək inkişaf dinamikası nümayiş etdirdiyi bildirilib.
Vurğulanıb ki, iki ölkə arasında iqtisadiyyatın bütün istiqamətlərində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsullarının əsas tədarükçülərindən biri olduğu qeyd edilib.
Kənd təsərrüfatı məhsullarının təchizatının artırılması ilə bağlı qarşılıqlı maraq ifadə olunub.
Görüşdə iki ölkə arasında aqrar-sənaye kompleksinin müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:28 / 13.09.2024
Azərbaycan Rusiya ilə aqrar məhsulların təchizatını artırmağı müzakirə etdi – FOTO
Hazırda oxunan: Azərbaycan Rusiya ilə aqrar məhsulların təchizatını artırmağı müzakirə etdi – FOTO
Hazırda oxunan: Azərbaycan Rusiya ilə aqrar məhsulların təchizatını artırmağı müzakirə etdi – FOTO
Azərbaycan Rusiya ilə aqrar məhsulların təchizatını artırmağı müzakirə etdi. Baş nazirin müavini Şahin Mustafayev və Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut arasında görüş keçirilib.
211277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.