"2024-cü ilin ilk 7 ayında Azərbaycanda nominal orta aylıq əməkhaqqı 8.3 faiz artıb. Orta aylıq əməkhaqqındakı artım faizi pensiyalardakı artımı müəyyənləşdirmək baxımından əsas meyardır".
Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əməkhaqqıdakı artım faizinə uyğunlaşdırılır:
"Builki orta aylıq əməkhaqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq. 2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda, bu ilin sonuna doğru maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əməkhaqqı faizinə təsir göstərə bilər. Daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq. Əmək pensiyaları orta aylıq əməkhaqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:28 / 12.09.2024
Pensiyalar nə qədər artırılacaq? – AÇIQLAMA
Hazırda oxunan: Pensiyalar nə qədər artırılacaq? – AÇIQLAMA
Hazırda oxunan: Pensiyalar nə qədər artırılacaq? – AÇIQLAMA
211131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.