2021-ci ilin ilk rübündə Azərbaycana ən çox idxal olunan qeyri-neft məhsulları arasında buğda ilk yeri tutub.
Bizim.Media Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, yanvar –mart aylarında Azərbaycana 187.944 ton buğda idxal olunub. İdxal edilən buğdanın dəyəri 47,7 milyon dollara çatıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr - SİYAHI
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı artıb.
Belə ki, 2020-ci ilin ilk üç ayı ərzində Azərbaycana 165 503.67 ton buğda idxal edilib ki, bunun üçün 36 milyon dollardan bir qədər artıq vəsait xərclənib.
Qeyd edək ki, idxal olunan məhsullar arasında ikinci yeri meyvə-tərəvəz, üçüncü yeri isə Qara metallar və onlardan hazırlanan məmulatlar tutub.
Xatirə, Bizim.Media