Avstraliya bankları Ermənistana köçürülən pulları araşdırır

Hazırda oxunan: Avstraliya bankları Ermənistana köçürülən pulları araşdırır

2111

Avstraliyanın iki böyük bankı orada toplanan və hesablardan Ermənistana köçürülən pullarla bağlı araşdırmaya başlayıb.

Bizim Media xəbər verir ki, bu barədə Avstraliya Türk Vəkillik İttifaqı məlumat yayıb.

“Bizə, həmin vəsaitlə klaster bombaları kimi qadağan edilmiş döyüş sursatlarının satın alınmasını təmin edərək, insanlığa qarşı cinayətlərin ortağı olmaqdan qorxduqlarını söylədilər.

“Amnesty International” təşkilatı bu yaxınlarda Ermənistanın Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə qarşı klaster bombalarından istifadə etdiyini təsdiqlədi.

Eyni banklar və digər müvafiq qurumlar da AML/CTF (çirkli pulların yuyulmasına və terrorçuluq əleyhinə fəaliyyətin maliyyələşdirilməsinə qarşı qanun) öhdəliklərinin pozulub-pozulmadığına baxır. Çünki Avstraliya pulunun göndərildikdən sonra yekunda necə istifadə ediləcəyini izləmək mümkün deyil", - deyə məlumatda vurğulanıb.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin