Vergi işçiləri üçün elmi dərəcəyə görə əlavələrin məbləği MÜƏYYƏN EDİLDİ

Hazırda oxunan: Vergi işçiləri üçün elmi dərəcəyə görə əlavələrin məbləği MÜƏYYƏN EDİLDİ

210711

Nazirlər Kabinetində vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarını müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla, vergi orqanlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan vəzifəli şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan vəzifəli şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat) miqdarında vəzifə maaşlarına əlavələr müəyyən edilib.

Maliyyələşdirmə məsələləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödəniləcək.

Qərar bu il yanvarın 1-dən tətbiq ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin