Rusiya Azərbaycanın daha 30 müəssisəsindən ölkəyə pomidor idxalına icazə verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya bazarında Türkiyə Azərbaycanla rəqabət aparırmı? – EKSPERTLƏRİN RƏYİ
Bildirilib ki, 14 may tarixindən Azərbaycanın 30 müəssisəsindən ölkəyə pomidor idxalına icazə verilib.
Qurum məlum qərarın birgə videoyoxlama zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar müayinəsinin nəticələrinə əsasən, habelə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında verildiyini açıqlayıb.
Bizim.Media