Azərbaycana xaricdən pul köçürmələri 1 milyard manatı ÖTÜB

Hazırda oxunan: Azərbaycana xaricdən pul köçürmələri 1 milyard manatı ÖTÜB

Azərbaycana xaricdən 2024-cü ilin yanvar-iyul aylarında 1 milyard manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 303 milyon manat olub. Ötən ilin eyni dövründə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi isə azalmışdır. 2023-cü ilin eyni aylarında Azərbaycanda 1 milyard 509.1 milyon manat daxil olmuşdur.

209928

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 58.2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 303 milyon manata bərabər olub. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyul aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 29.9% və ya 450.9 milyon manat, banklardan xaricə köçürmələr isə 17.6% və ya 64.6 milyon manat azalıb. 

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 509.1 milyon manat daxil olub.

Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 367.6 milyon manat təşkil edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin