Qatarda gedişlərin sayına görə bonuslar hesablanacaq

Hazırda oxunan: Qatarda gedişlərin sayına görə bonuslar hesablanacaq

209668

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişindaşımada ilk dəfə loyallıq proqramını həyata keçirməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bunu report.az-a ADY-nin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, layihənin reallaşdırılmasına yaxın zamanlarda başlanılacaq:

“Aviadaşımalarda tətbiq olunan "Miles" proqramına uyğun olaraq qatarlarda gedişlərin sayına görə sərnişinlər bonuslar əldə edəcəklər”.

R.Rüstəmov vurğulayıb ki, loyallıq proqramı ADY-nin mobil tətbiqinə əlavə ediləcək:

“Bununla yanaşı, mobil tətbiqə bir sıra yeni funksiyaların əlavə edilməsi gözlənilir”.
 

Xatırladaq ki, ADY hazırda Bakı-Pirşağı-Sumqayıt, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin daşıyır.


Ölkədə dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyul aylarında 4 milyon 524,2 min sərnişin daşınıb, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur. ADY 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7 milyon sərnişin daşıyıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin