Sentyabrın 1-dən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Xorvatiyaya qaz təchizatına başlanılıb.
SOCAR-dan Bizim.Media-ya bildirilib ki, Azərbaycan və Xorvatiya hökumətləri arasında mövcud olan uğurlu əməkdaşlıq nəticəsində qış mövsümü ərəfəsində Azərbaycan qazının PPD şirkəti və “MET Qrup” vasitəsilə Xorvatiyaya çatdırılması ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı və qaz təchizatçısı kimi rolunu daha da möhkəmləndirir.
Azərbaycan ilə Xorvatiya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olan bu hadisə SOCAR-ın Avropa daxili bazarları üçün enerji mənbələrinin şaxələndirilməsi üzrə öhdəliyinə sadiqliyini nümayiş etdirməklə qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
Beləliklə, Xorvatiya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan onuncu ölkə olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:54 / 02.09.2024
SOCAR Xorvatiyaya qaz tədarükünə başladı
Hazırda oxunan: SOCAR Xorvatiyaya qaz tədarükünə başladı
Hazırda oxunan: SOCAR Xorvatiyaya qaz tədarükünə başladı
SOCAR Azərbaycan qazını Xorvatiyaya təchiz etməyə başlayıb. Bu, Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi rolunu daha da möhkəmləndirir.
209613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.