İnhisarçılığa qarşı mübarizədə MÜHÜM ADDIM - Yeni Agentlik nəyi DƏYİŞƏCƏK?

Hazırda oxunan: İnhisarçılığa qarşı mübarizədə MÜHÜM ADDIM - Yeni Agentlik nəyi DƏYİŞƏCƏK?

İnhisarçılığa qarşı mübarizədə MÜHÜM ADDIM - Yeni Agentlik nəyi DƏYİŞƏCƏK? Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılacaq. Fərman çərçivəsində, iqtisadçı ekspert Vüqar Bayramov yeni yaradılan Dövlət Agentliyinin iqtisadiyyatda rəqabətin daha da gücləndirilməsi və inhisara qarşı mübarizədə mühüm bir addım olduğunu vurğulayıb.
208763

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılacaq.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması nəzərdə tutulub.

Fərmana əsasən yeni yaradılan Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam, standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.

Bəs yeni yaradılan Dövlət Agentliyi sosial-iqtisadi həyatımızda nəyi dəyişəcək?

Suala iqtisadçı ekspert Vüqar Bayramov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, inhisara qarşı mübarizədə mərkəzi icra hakimiyyəti orqanının yaradılması islahatların daha da dərinləşməsinə institutsional dəstək kimi xarakterizə olunmalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda yeni agentlik yaradılır - FƏRMAN


““Rəqabət Məcəlləsi”nin qəbulundan sonra həm inhisara qarşı mübarizənin daha da gücləndirilməsi və eləcə də rəqabətin müdafiəsi daha da prioritetləşib. Bir sıra region və əksər inkişaf etmiş ölkələrdə, o cümlədən qonşu Gürcüstanda rəqabətin müdafiəsinə xüsusi qurum nəzarət edir. Bu baxımdan, xidmətin mərkəzi icra qurumuna çevrilməsi həm beynəlxalq institusional praktikaya uyğundur, həm də yeni qanunverici aktların qəbulundan sonra vacib qərardır.

Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqan kimi fəaliyyət göstərəcək. Göründüyü kimi, yeni qurumun fəaliyyət istiqamətləri həm rəqabətin daha yaxından müdafiəsi, həm də antiinhisar fəaliyyəti baxımından vacib sahələrdir”.

“İnhisarçılığa qarşı mübarizədə yeni səhifə açılır”

Müsahibimiz onu da qeyd edib ki, bir müddət öncə “Rəqabət Məcəlləsi”nin təsdiqi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən etdi:

“Yeni məcəllə, eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyindən bu sahədə idarəetmənin çevikliyi çox önəmli idi. Çünki yeni qurumun yaranmasında da məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir addımdır.

Bütövlükdə, yeni dövlət qurumunun yaradılması Azərbaycanda inhisara qarşı mübarizədə və rəqabətin daha da güclənməsində yeni institusional səhifənin açılması deməkdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin