Turizmin inkişafı ən çox hansı sahələrə müsbət TƏSİR EDİR?

Hazırda oxunan: Turizmin inkişafı ən çox hansı sahələrə müsbət TƏSİR EDİR?

Turizmin inkişafının iqtisadiyyata, otel və restoranlara, nəqliyyata necə təsir etdiyi və turizm sektorunun sahələrə olan müsbət təsirləri barədə məlumat.

208649

Xəbər verdiyimiz kimi, bu il Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunub

Belə ki, 2024-cü ilin yanvar-iyul aylarında  ölkəmizə 182 ölkədən bir milyon 502,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da ötən illərlə müqayisədə yüksək göstəricidir. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən turizm eksperti Ceyhun Aşurov artımın səbəbləri, turizm axınının il sonuna qədər necə dəyişəcəyi barədə fikirlərini qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkəmizə səfər edən turistlərin sayında KƏSKİN ARTIM


“Ölkəyə gələn turistlərin sayında öncəki illərlə müqayisədə 30 % artım müşahidə olunur. Nəzərə alaq ki, Cop29 vaxtı da xeyli turistin gəlməsi gözlənilir”. 

“Biz artıq pandemiya dövründən öncəki göstəriciləri də üstələdik”.

“Bu artım gözlənilirdi. Çünki pandemiya zamanı sərhədlər tamamilə qapandı, uçuşlar ləğv olundu, məhdudiyyətlər tətbiq olundu. Bu məhdudiyyətlər aradan qalxdıqca səyahətlər də artır”. 

“Dünyada turizm üzrə bərpa işləri görülür”. 

“Ötən il qlobal olaraq turizm bazarı 90 % bərpa olunub, bu il isə tam bərpa olunacağı gözlənilir”. 

Ekspert işğaldan azad olunmuş ərazilərdə keçirilən beynəlxalq tədbirlərin, festivalların da turist sayının artmasına təsir göstərdiyini vurğulayıb.

“Quru sərhədlərimizin bağlı olmasına baxmayaraq uçuş xətlərinin, coğrafiyasının genişlənməsi, intensiv uçuşların həyata keçirilməsiylə əlaqədar olaraq istər ölkəyə gəlmə turizmi, istərsə də ölkədən getmə turizmi, öz bərpa dövrünü yaşayır və şübhəsiz ki, bu göstəricilər gələcəkdə artacaq”.     

Turizmin inkişafı ən çox hansı sahələrə təsir edir?

Məsələylə bağlı iqtisadçı Xalid Kərimli qeyd edib ki, bu artım turizm sektorunun özünə, otel və restoranlara, nəqliyyata, taksi xidmətinə    birbaşa olaraq təsir edir. Əlavə olaraq isə turizm, iaşə sektorunun məhsul aldığı yerlərə də öz təsirini göstərir. 

Həmçinin iqtisadçı turizm sahəsinin inkişafıyla bağlı önəmli məsələri  də nəzərə çatdlırıb. 

“Bu artımlar yaxşı olsa da, bəzi ölkələrdən, məsələn, qonşu Gürcüstandan geridəyik. Ölkəyə turist cəlb etmək üçün viza şərtləri yumuşaldılmalı və ya Azərbaycanın turizm bazarına maraqlı olduğu ölkələrə, ümumiyyətlə, ləğv edilməli, quru sərhədlər açılmalı, ölkəyə gediş-gəliş asanlaşdırılmalıdır”.     

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin