Ölkəmizin xarici dövlət borcu AÇIQLANDI

Hazırda oxunan: Ölkəmizin xarici dövlət borcu AÇIQLANDI

207916

Cari ilin 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 686,1 milyon manat və ya 2024-cü il üzrə 121 milyard 342,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 21,2 faizini təşkil edib.

Bizim.Media Maliyyə Nazirlyinin açıqladığı “2024-cü ilin I yarımili üzrə Dövlət Borcuna dair Statistik Bülleten”inə istinadən xəbər verir ki, ümumi dövlət borcunun 9 milyard 114,2 milyon manatı (5 milyard 361,3 milyon dollar) və ya 35,5 faizi xarici dövlət borcunun, 16 milyard 571,9 milyon manatı və ya 64,5 faizi daxili dövlət borcunun payına düşür.

Bu ilin 1 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 99,9 milyon dollar və ya 17 faiz azalıb. Bunun da əsas səbəbi imzalanmış kredit sazişləri çərçivəsində 2024-cü ilin ilk altı ayı ərzində xarici dövlət borcu üzrə vaxtı çatmış əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar (avrobond) üzrə 900,0 milyon dollar məbləğində ödənişlərin həyata keçirilməsi olub. 2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 1,4 faiz bəndi azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin