Bu il Bakıda ərzağa neçə milyard vəsait XƏRCLƏNİB?

Hazırda oxunan: Bu il Bakıda ərzağa neçə milyard vəsait XƏRCLƏNİB?

Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2024-cü ilin yanvar-iyul aylarında 4,4% artaraq 18 milyard 744,9 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri artıb və paytaxtın əmtəə bazarlarında satılan məhsulların payı da qeyd edilib.
207838

2024-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4% artaraq 18 milyard 744,9 milyon manat olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən bildirilib. 

Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 10392,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 8352 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin