Azərbaycan pomidor ixracından 139 milyon dollar gəlir əldə edib

Hazırda oxunan: Azərbaycan pomidor ixracından 139 milyon dollar gəlir əldə edib

207470

Azərbaycanın pomidor ixracından gəlirləri kəskin artıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Gömrük Komitəsi yayıb.

Mənbə qeyd edir ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 139,5 milyon dollar dəyərində 117 min ton pomidor ixrac olunub. 

Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,3 milyon dollar (12,3%), miqdar ifadəsində 5065 ton (4,5%) artıb.

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın 1 ton pomidorunun orta ixrac qiyməti 1193 dollar (2028 manat) olub. Keçən ilin eyni dövründə isə 1 ton pomidorun orta ixrac qiyməti 1109 dollar (1885 manat) təşkil edib. Beləliklə, illik müqayisədə bu il 1 ton pomidorun orta ixrac qiyməti 84 dollar (142,8 manat) artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin 6 ayında Azərbaycanın cəmi pomidor ixracının 98,6%-i Rusiyanın payına düşüb. Komitə bu istiqamətdə 7 aylıq məlumatları hələlik açıqlamayıb.

Keçən il isə Azərbaycan 162 milyon dollar dəyərində 140 min ton pomidor ixrac edib. Pomidor əsasən Rusiyaya göndərilib. Belə ki, ötən il Azərbaycanın pomidor ixracının 97,8 faizi Rusiya bazarının payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin