Azərbaycan xarici ticarət dövriyyəsi 11.3% AZALIB

Hazırda oxunan: Azərbaycan xarici ticarət dövriyyəsi 11.3% AZALIB

206926

2024-cü ilin ilin yanvar-iyul aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 11.3% azalaraq 26 milyard 892.12 milyon ABŞ dolları təşkil edib. 

Bizim.Media bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Son bir ildə ölkə üzrə ixrac 22.5% azalaraq 16 milyard 98.9 milyon ABŞ dolları, idxal isə əksinə 12.9% artaraq 10 milyard 793.2 milyon ABŞ dolları təşkil edib. 

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 5 mlrd. 305.7 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə azdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin