Çörək UCUZLAŞACAQ? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Çörək UCUZLAŞACAQ? – MÜHÜM AÇIQLAMA

206908

Xəbər verdiyimiz kimi, Azərbaycanda unun topdansatış qiyməti son aylarla müqayisədə yenə aşağı düşüb. Avqustun 12-dən etibarən istehsalçılar unun qiymətini bir manatadək azaldıblar. Ötən ayla müqayisədə unun topdansatış qiymətində 0,7-1,3 manat azalma müşahidə olunur. Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,1-27,8 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26,8-28,5 manat, iyun ayında isə 28,3-29,5 manat təşkil edirdi.

Bəs bu proses çörəyin qiymətinin ucuzlaşmasına səbəb ola bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:

Buğdanın tədarük qiymətində AZALMA – Çörək ucuzlaşacaq?


İqtisadçı ekspert Fuad İbrahimov Bizim.Media-ya açıqlamasında bildirib ki, unun ucuzlaşmasının çörəyinin qiymətinin ucuzlaşmasına birbaşa təsiri ola bilər:

“Amma sağlam rəqabət şəraitində. Çünki məhsulun əsas xam malı ucuzlaşırsa, bu da istər-istəməz hazır məhsulun maya dəyərinə də öz təsirini göstərir. Lakin sağlam rəqabət olmayan yerdə maya dəyər nə qədər ucuzlaşsa da, hazır məhsul baha olaraq qalır. 

Nəzərə alaq ki, çörək əsas qida və strateji məhsul olduğu üçün bu sahəyə dövlət nəzarəti kifayət qədər yüksəkdir. Son illərin təcrübəsində də gördük ki, ərzaqlıq buğda və unun qiyməti endikcə çörəyin də qiymətində ucuzlaşma olub. Son zamanlar “zavod çörəyi”nin qiymətində 2 dəfə eniş olub. Yəqin ki, bu dəfəki ucuzlaşma da çörəyin qiymətinə öz təsirini göstərəcək və yaxın zamanlarda biz çörəyin qiymətində ucuzlaşmanı görə bilərik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin