Büdcədə yaranan 3 milyardlıq vəsait HARA XƏRCLƏNƏCƏK?

Hazırda oxunan: Büdcədə yaranan 3 milyardlıq vəsait HARA XƏRCLƏNƏCƏK?

206812

Xəbər verdiyimiz kimi, bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 milyard 584,9 milyon manat, xərcləri isə 19 milyard 458,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi bildirib ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,3 % və 10,4 % çoxdur. Son nəticədə 7 ayda büdcədə 3 milyard 126,5 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2,7 dəfə çoxdur.

Bəs, yaranan profisit hansı sahələrə sərf olunacaq?

Suala iqtisadçı ekspert Eyyub Kərimli aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında ötən il və ondan əvvəlki ildə olduğu kimi bu ildə büdcə profisiti ilə üzləşməyimizi müsbət hadisə kimi dəyərləndirib:

“Bu da o deməkdir ki, ölkəmizdə makroiqtisadi göstəricilərimiz sabitdir. Büdcə gəlirləri davamlı olaraq artır. Baxmayaraq ki, neft hasilatında azalma var. Bununla belə qeyri-neft sektorunun inkişafı hesabına gəlirlərimiz artır. Bu da iqtisadiyyatımızın daha dayanıqlı və inkişafda olduğunu göstərir. 
 

Ötən illərin təcrübəsinə baxsaq görərik ki, həmin illərdə də profisit var idi. Həmin illərdə artıq vəsait əsasən bir neçə istiqamətdə xərcləndi. Bu istiqamətlər əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, müdafiə xərcləri və digər sahələr idi. Hesab edirəm ki, bu dəfə də Böyük Qayıdış üçün vəsaitlər daha da artırılacaq. 


Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inkişafına daha çox investisiya yatırılacaq. Bildiyimiz ki, hələki sülh sazişi  imzalanmayıb. Ona görə də müdafiə xərclərinin artırılması da gözləniləndir. Üçüncü istiqamətsə təbii ki, sosial məsələlərdir. Yəqin ki, əhalinin sosial müdafiəsi üçün də xərclər artırılacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin