Bakıda ödənişli xidmətlərin dəyəri artıb

Hazırda oxunan: Bakıda ödənişli xidmətlərin dəyəri artıb

206014

Cari ilin yanvar-iyun aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5 faiz artaraq 3565,9 milyon manat olub.

Bizim.Media Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3298,6 milyon manatlıq xidmət göstərilib.

Bu da xidmətlərin ümumi dəyərinin 92,5 faizini təşkil edib.

Bu ilin yanvar-iyun aylarında hər bir şəhər sakini orta hesabla 233,0 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 19,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin