Kosmik Agentliyin strukturu müəyyənləşdiriləcək

Hazırda oxunan: Kosmik Agentliyin strukturu müəyyənləşdiriləcək

20576

Azərbaycan Respublikasının Kosmik Agentliyinin strukturu, nizamnaməsi və nizamnamə fondunun miqdarı müəyyənləşdiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1326 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” sərəncamda qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərkosmos” birinci rübdə 27 ölkəyə xidmət göstərib


Sərəncama əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Kosmik Agentliyinin (bundan sonra - Agentlik) strukturu, nizamnaməsi və nizamnamə fondunun miqdarı ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Agentlik dövlət qeydiyyatına alındığı gündən 15 gün müddətində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin