Nazirlik və banklarla bağlı monitorinqin nəticələri açıqlandı - FOTO

Hazırda oxunan: Nazirlik və banklarla bağlı monitorinqin nəticələri açıqlandı - FOTO

Nazirlik və banklarla bağlı monitorinqin nəticələri açıqlandı - FOTO. MTM (Media Təhlil Mərkəzi) nazirlik və bankların fəaliyyətinin yerli onlayn mediada işıqlandırılmasının monitorinqini keçirib. 2024-cü ilin iyul ayında Azərbaycanda onlayn mediada nazirliklərlə bağlı 27617, banklara dair isə 5183 məqalə dərc edilib.
205547

MTM (Media Təhlil Mərkəzi) nazirlik və bankların fəaliyyətinin yerli onlayn mediada işıqlandırılmasının monitorinqini keçirib.

Bizim.Media xəbər verir ki, nəticələr belə olub:

2024-cü ilin iyul ayında Azərbaycanda onlayn mediada nazirliklərlə bağlı 27617, banklara dair isə 5183 məqalə dərc edilib. Rəqəmləri 2022 və 2023-cü illərin iyul ayında qeydə alınan nəticələrlə müqayisə etsək, cari ildə onlayn medianın həm nazirliklər, həm də bankların fəaliyyətinə daha çox yer ayırdığını görərik.

Belə ki, 2022-ci ilin iyul ayında Azərbaycanda onlayn mediada nazirliklərlə bağlı 14870, banklar barədə 2289, 2023-cü ilin iyul ayında isə nazirliklərlə əlaqədar 19814, banklar haqqında isə 2855 məqalə dərc edilib.

Ətraflı məlumat üçün bildirək ki, 2024-cü ilin iyul ayında nazirliklərlə bağlı dərc olunan məqalələrin 15,2%-i Müdafiə Nazirliyinin, 11,4%-i Xarici İşlər Nazirliyinin, 10,4%-i Daxili İşlər Nazirliyinin, 63%-i isə digər nazirliklərin fəaliyyətini əks etdirib. Banklarla bağlı dərc edilən olunan məqalələrin 19,5%-i Kapital Bankın, 15,9%-i ABB-nin, 11,3%-i Paşa Bankın, 53,3%-i isə digər bankların fəaliyyətinə aid olub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin