Azərbaycanın avtomobil bazarında VƏZİYYƏT – Bahalaşma gözlənilirmi?

Hazırda oxunan: Azərbaycanın avtomobil bazarında VƏZİYYƏT – Bahalaşma gözlənilirmi?

Azərbaycanın avtomobil bazarında vəziyyət barədə məlumat və nəqliyyat məsələləri ekspertinin fikirləri.

205489

Azərbaycanın avtomobil bazarında qış aylarında qiymətlər yüksək olsa da, yay aylarında durğunluq müşahidə olunur. Ekspertlər bazarın sentyabr aylarında aktivləşəcəyini güman edirlər.

Bəs yaxın aylar üçün bahalaşma gözlənilirmi? 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu rəng maşınları alan yoxdur – Siyahı


Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizim.Media-ya avtomobil bazarının cari vəziyyətindən danışıb.

“Artıq 3 aydır ki, Azərbaycan avtomobil bazarında durğunluq müşahidə edilir. Bu həm köhnə avtomobillərə, həm də yeni avtomobillərə aiddir. Qiymətlər stabildir. Yəni, nə kəskin artım, nə də kəskin enmə var. Alıcıların daha çox üstünlük verdiyi avtomobillər mühərrik həcmi 1500 kub santimetr civarında olan avtomobillərdir. Hibrid avtomobillərə maraq böyükdür. 

Demək olar ki, əvvəlki illərə nisbətən vətəndaşlar daha çox hibrid avtomobili almağa başlayıblar.

Bununla yanaşı bazarda ən çox satılan avtomobillər benzin mühərriki ilə çalışan, daha sonra isə dizel mühərrikli avtomobillərdir. Sonda isə elektrik mühərriki ilə çalışan avtomobillərdir”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin