Vergi bəyannamələri ilə bağlı DƏYİŞİKLİK

Hazırda oxunan: Vergi bəyannamələri ilə bağlı DƏYİŞİKLİK

205451

Bu il mayın 21-də Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bəzi bəyannamələrin, həmçinin onların əlavələrinin formalarında və tərtib olunması qaydalarında müvafiq dəyişiklikləri təsdiq edib. 

Bizim.Media quruma istinadən xəbər verir ki, yeni redaksiyada təsdiq edilmiş bəyannamə formaları aşağıdakılardır: 

Əlavə dəyər vergisinin bəyannaməsi (onun 7 nömrəli Əlavəsi) və tərtib edilməsi qaydası; 

Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi və onun tərtib edilməsi qaydası; 
 

ƏDV məqsədləri üçün qeydiyyata alınmayan şəxslər tərəfindən qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi və onun tərtib edilməsi qaydası. 


Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin