Dünya Bankı Azərbaycana 500 milyon dollar kredit ayırmaq istəyir

Hazırda oxunan: Dünya Bankı Azərbaycana 500 milyon dollar kredit ayırmaq istəyir

20537

Dünya Bankı Azərbaycana Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı vasitəsilə ildə 300-500 milyon ABŞ dolları həcmində kredit ayırmağa hazırdır.

Bizim.Media-ya qurumdan verilən məlumata görə, Dünya Bankı Qrupunun Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiqlənmiş, müddəti bu il iyunun 30-da başa çatacaq 2021-ci maliyyə ilinədək uzadılmış Ölkə Tərəfdaşlıq Çərçivəsi (CPF) ilə tənzimlənir.

Belə ki, ilkin olaraq 2016-2020-ci maliyyə illəri üçün nəzərdə tutulmuş CPF 2020-ci ildə aparılan müvafiq araşdırmadan sonra bir il uzadıldı.

Bununla yanaşı, öncül sahələr olaraq dövlət sektoru (idarəçilik və xidmətlər) və iqtisadi rəqabətcillik təsdiqləndi.
 

MÖVZU İLƏ BAĞLI:

“Qanunla banklar əhaliyə kredit verməməlidir” - EKSPERT


İqtisadi rəqabətcillik insan kapitalına, infrastruktura, dayanıqlı təsisatlara yatırımlar vasitəsilə ölkənin nef-qaz sənayesindən asılılığını azaltmaq, kənar təsurlərə daha dayanıqlı hala gətirmək kimi strateji hədəflə həmahəngdir.

2015-ci ildən bu yana DB 1,2 milyard dollar həcmində beş yeni sərmayə layihəsinə vəsait ayırıb ki, bunlar arasında TANAP da var. Dünya Bankının Azərbaycanda 2020-2021-ci maliyyə illəri üçün fəaliyyət planı və kreditlər zərfi əvvəlki kimi saxlanıldı.

Ötən ilin mart ayında məhkəmə xidmətlərinin inkişafı və ağıllı infrastruktur layihəsi üçün əlavə 50 milyon dollar, habelə məşğulluğa dəstək layihəsi üçün 100 milyon dollar məbləğində kredit ayrılıb.

Həmçinin ölkənin özəl sektorunda da infrastruktur, İKT, FinTech, sosial xidmətlər əsas götürülməklə aparılacaq araşdırmalar COVID-19-dan sonrakı bərpa təşəbbüslərinin hazırlanmasını dəstəkləyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin