Dövlət Xidməti: Elektron satınalmaların həcmi 3 dəfəyədək artıb

Hazırda oxunan: Dövlət Xidməti: Elektron satınalmaların həcmi 3 dəfəyədək artıb

204531

Cari ilin 6 ayı ərzində elektron satınalmaların həcmi 1.455,7 milyon manat təşkil edib. Bu göstərici 2023-cü ilin müvafiq dövrünə nəzərən 3 dəfəyədək artım deməkdir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, dövlət satınalmalarının elektron qaydada həyata keçirilməsi sahibkarların sərbəst və vaxt itkisinə məruz qalmadan satınalmalarda iştirakına və subyektiv amillərin aradan qaldırılmasına şərait yaradır.

Satınalmaların rəqəmsallaşdırılması rəqabətliliyin qorunması, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəlməsinə töhfə verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin