Neft qiymətlərinin ARDNF-nun gəlirlərinə təsiri AÇIQLANDI

Hazırda oxunan: Neft qiymətlərinin ARDNF-nun gəlirlərinə təsiri AÇIQLANDI

204167

Aparılmış hesablamalara əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulan transfertin tam məbləğdə köçürülməsi şərtilə cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, xam neftin bir barelinin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi dövlət büdcəsinin neft-qaz gəlirlərinin orta hesabla təqribən 100 milyon manat artması və ya azalmasına səbəb olur.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 1 yanvar 2025-ci il tarixinə Dövlət Neft Fondunun aktivlərinin təqribən 0,4 milyard ABŞ dolları artması və ya azalmasına səbəb olması proqnozlaşdırılır.

Qeyd edilib ki, ARDNF-dən dövlət büdcəsinə nəzərdə tutulan transfertin tam şəkildə köçürülməsi və cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, 2024-cü ildə xam neftin bir barelinin qiymətinin 65 ABŞ dolları ssenarisində icmal büdcədə 2,9 milyard manat kəsir, 85 ABŞ dolları ssenarisində isə 1,3 milyard manat kəsir olacağı gözlənilir.

2024-cü ilin yenidən baxılan büdcəsində icmal büdcənin gəlirləri 43,5 milyard manat, o cümlədən icmal büdcənin neft-qaz gəlirləri 19,1 milyard manat proqnozlaşdırılır. Birdirilib ki, cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi icmal büdcənin gəlirləri təqribən 0,8 milyard manat artması və ya azalmasına səbəb olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin