Həm sürət, həm də qiymət ARTIR – İnternet əslində UCUZLAŞIR?

Hazırda oxunan: Həm sürət, həm də qiymət ARTIR – İnternet əslində UCUZLAŞIR?

Azərbaycanda internet qiymətləri bahalaşır və sürət artırılır. Fərqli tariflər və qiymətlər haqqında ətraflı məlumat.
204081

Avqustun 15-indən etibarən Azərbaycanda minimum internet paketinin qiyməti 25 manat olacaq. Aztelecomun yaydığı məlumatda bildirilir ki, bahalaşmanın səbəbi yüksəksürətli internetə olan tələbatdır. Çünki internet paketinin qiyməti ilə yanaşı sürəti də artırılacaq.

“İnternetin qiyməti bahalaşmır”

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Bizim.Media-ya açıqlamasında bildirib ki, qiymət artmış kimi görünsə də, əslində vəziyyət fərqlidir. Onun sözlərinə görə, sürət və qiymətlərin artımı bir-birini kompensasiya edir:

“Hər kəs deyir qiymət qalxdı, amma əvvəl 18 manata 40 Mbits sürət təklif olunurdu. Bir aydan sonra isə 25 manata 100 Mbits sürət təklif olunacaq. 18 manatlıq 40 Mbits paketin bir meqabiti 45 qəpiyə düşür. 25 manatlıq 100 Mbits paketin bir meqabiti isə 25 qəpiyə düşür. Burada qiymət qalxmır, meqabit başına düşən qiymət aşağı enir. Alt limitlər ləğv olduğu üçün, yuxarı limitlərə görə çox pul ödəmiş oluruq”.
 

MÖVZU İLƏ BAĞLI:

İnternetin qiyməti ARTIRILIR – Bəs sürət DƏYİŞƏCƏKMİ?


İnternetin keyfiyyəti necə müəyyən edilməlidir?

Elvin Abbasov deyir ki, insanların daim internetin keyfiyyətsizliyindən şikayətlənməsində səbəb texniki göstəricilərdən bixəbər olmalarıdır:

“Sizin evə neçə meqabitlik internetin lazım olduğunu müəyyən etməlisiniz. Bizdə insanlar internet paketi alanda heç nə ilə maraqlanmır, sadəcə olaraq ən ucuz paketi almaq istəyirlər. Çox nəfərlik ailənin hər üzvü aktiv internet istifadəçisidirə , əlbəttə, ən az məbləğli olan, meqabiti az olan internet onlara bəs etməyəcək. Bunun səbəbi internetin keyfiyyətinin aşağı olması deyil, uyğun internet paketin seçilməməsidir. İnsanlar texniki olaraq rəy almağı bacarmalıdırlar”. 

Əgər sürətdən narazılıq varsa...

Mütəxəssis bildirir ki, internetin sürəti ilə bağlı problemlə qarşılaşanda şikayət etmək üçün platforma var:

“İnsanlar aldıqları xidmətin provayderlər tərəfindən tam olaraq ödənilmədiyi hallarda şikayət edə bilərlər. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA.az) bu iş üzrə mandatlı agentlikdir və şikayət platforması var. Təbii ki, insanlar ödədikləri limitləri tam olaraq əldə etməlidirlər”.

Yeni tariflər

Qeyd edək ki, “Aztelecom” GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək.

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək. 


Qeyd edilən qiymət dəyişiklikləri “Aztelekom” MMC-nin təqdim etdiyi xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək.

Nuray, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin