Əmanət portfeli azalan "Access Bank"ı nə gözləyir? – AÇIQLAMA 

Hazırda oxunan: Əmanət portfeli azalan "Access Bank"ı nə gözləyir? – AÇIQLAMA 

Əmanət portfeli azalan "Access Bank"ı nə gözləyir? Access Bankın əmanət portfeli ilin əvvəlində 21,9 milyon manat azalıb. Bankda fiziki şəxslərin depozitləri ilin ilk yarısında azalıb, bank nə vəd edir? Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli məsələni açıqlayır və bankın müflisləşmə riskləri barədə təhlil verir.
203240

Son zamanlar vətəndaşlar bəzi banklardan əmanətlərini kütləvi şəkildə geri çəkməyə başlayıb. Bu acı mənzərə ilə üz-üzə qalan banklardan biri də "Access Bank"dır. Təsadüfi deyil ki, ilin əvvəlində “Access Bank”ın əmanət portfeli 21,9 milyon manat azalıb. 

Bu ilin ilk yarısında bankın əmanət portfeli ilin əvvəlinə nisbətən 2,1% azalaraq 1 milyard 51,5 milyon manatdan 1 mlrd. 29,7 milyon manata enib. Əhali üç ayda bankdan 9,9 milyon manat, şirkətlər isə 12,2 milyon manat depoziti geri çəkib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda problemli kreditlərin məbləği AZALIB 


Belə ki, 2024-cü ilin əvvəlində bankda fiziki şəxslərin depozitlərinin həcmi 842,5 milyon manat olduğu halda ilin ilk yarısında bu rəqəm 832,9 milyon manata kimi azalıb. Hüquqi şəxslərin bankdakı əmanətlərinin həcmi isə 209,1 milyon manatdan 196,8 milyon manata enib. 

“Acces Bank”ı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ötən ilin ikinci yarısından başlayaraq əksər banklarda əmanətin geri çəkilməsi prosesi başlayıb:

“Bunun bir səbəbi bankların verdiyi illik faizlə infilyasiya arasında olan tərs mütənasiblikdir. Bu gün rəsmi şəkildə illik infilyasiya 9-10 faizdir və bunun qarşılığında banklar da əmanətçilərə il ərzində cəmi 10 faiz depozit ödəyirsə, bu zaman əmanətçi heç nə qazanmır. 

Baxmayaraq ki, "Access Bank" ölkədə ən sərfəli kredit verən banklardan biridir. Ona görə də əmanətlərin geri çəkilməsi banka yaxşı heç nə vəd eləmir. Məlumdur ki, banklar öz fəaliyyətlərini əsasən əmanətlər hesabına formalaşan vəsait hesabına qurur.

Əmanət də azalanda bank çətin duruma düşür. Bir məqamı da nəzərinizə çatdırım ki, əgər "Access Bank" 10 faizlə əmanət qəbul edirsə və sonradan bu vəsaiti 13-14 faizlə kredit verirsə, deməli bankın qazancı çox cuzi olur. 

Nəzərə alaq ki, 3-4 faiz illik qazancla bank bütün xərclərini qarşılaya və kapitalını artıra bilməz. Təsadüfi deyil ki, son vaxtlar Mərkəzi Bankın hesabatlarından aydın olur ki, əksər banklarda əmanətlər azalır”.

Akif Nəsirli onu da əlavə edib ki, indiki vəziyyətdə "Access Bank"-ı müflisləşmə gözləmir:

“Amma hesabatda görünənlər, məncə, bankdakı reallığı tam əks etdirmir. Bununla belə, yaşadığımız reallıqlar onu göstərir ki, bankların müflisləşməsi bir çox hallarda onların özündən asılı olmur. Kənardan verilən qərarlar bu məsələdə əsas rol oynayır”.

Qeyd edək ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır (9,36%).

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin