Dövlət Xidməti: “İdxal edilən malların təhlükəsizliklə bağlı siyahısı hazırlanır”

Hazırda oxunan: Dövlət Xidməti: “İdxal edilən malların təhlükəsizliklə bağlı siyahısı hazırlanır”

202834

Azərbaycana idxal edilən malların təhlükəsizlik ilə bağlı tələblərə uyğunluğunu yoxlanılması üçün siyahısı hazırlanır.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Nəzrin Mirzəzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, siyahının tərtibi konkret mallar üzrə aparılır:

"Siyahı təsdiq ediləndən sonra idxal edilən malların ölkədəki tələblərə uyğunluğu yoxlanılacaq.

Bizim üçün fərqi yoxdur ki, mal harada istehsal edilir. Bu məhsul istər Avropada, istər Asiyada və ya digər yerlərdə istehsal edilə bilər. Əgər qarşılıqlı tanınmaya dair beynəlxalq müqavilə yoxdursa, biz idxalçılar tərəfindən təqdim edilən uyğunluq sertifikatını tanımayacağıq. Bununla biz, Azərbaycan üçün təhlükəsizlik tələblərini müəyyən etməyi planlaşdırırıq".

N. Mirzəzadə əlavə edib ki, Azərbaycan üçün vahid tələbələr olacaq:

"Biz məhsulların ölkənin texniki reqlamentlərdəki tələbələrə uyğunluğuna baxacayıq. Əgər mal onlara cavab verərsə sənəd veriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin