Azərbaycanda ləğv prosesində olan 3 bankın əmlakları hərraca çıxarılır

Hazırda oxunan: Azərbaycanda ləğv prosesində olan 3 bankın əmlakları hərraca çıxarılır

202723

Avqustun 1-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Muğan Bank” ASC-nin, avqustun 12-də isə ləğv prosesində olan “Bank Standard” QSC-nin və “AGBank” ASC-nin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb. 

Söhbət “Muğan Bank”a məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 19 ünvanındakı dəyəri 70 min manat olan 198,62 kv.metrlik bağ evindən, eləcə də “Bank Standard”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 261 ünvanındakı dəyəri 450 min manat olan 197 kv.metrlik qeyri-yaşayış sahəsindən və “AGBank”a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106 ünvanındakı dəyəri 300 min manat olan 320 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin