Azərbaycanda siqaret və arağa nə qədər pul xərclənir? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda siqaret və arağa nə qədər pul xərclənir? – Rəsmi AÇIQLAMA 

Azərbaycanda siqaret və arağa nə qədər pul xərclənir? Bu ilin ilk beş ayında Azərbaycanda siqaret və arağa 4140,4 min dollar pul xərclənib. Dərhal daha çox məlumat əldə edin.

202677

Bu ilin ilk beş ayında Azərbaycanda siqaret və arağa 4140,4 min dollar (72 milyon 5 min 861,52 manat) pul xərclənib. 

Bu barədə Dövlət Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.

Belə ki, 2024-cü ilin yanvar-may aylarında ölkəyə 32,97 milyon siqaret və 34,65 min dkl 100% sp. araq idxal olunub. 

Qeyd edək ki, 2023-cü ilin eyni dövrünün idxal rəqəmlərinə nəzər salsaq deyə bilərik ki, siqaretə tələbat azalsa da, arağa olan tələb artıb. Belə ki, ötən ilin yanvar-may aylarında Azərbaycana 73,7 milyon siqaret, 28,96 min dkl 100% sp. araq gətirilib. 

Ümumilikdə isə, 2023-cü ildə ölkəyə 365,21 milyon siqaret gətirilib və buna 7000,98 min dollar (118 milyon 79 min 476 manat) xərclənib. 

Arağa isə ötən il 9331, 3 min dollar (158 milyon 35 min 341 manat) pul xərclənib. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin