“Azərişıq” dronları niyə gətirib? – PUA-ların təyinatı bəlli oldu 

Hazırda oxunan: “Azərişıq” dronları niyə gətirib? – PUA-ların təyinatı bəlli oldu 

20164

“Azərişıq” fəaliyyətində ilk dəfə olaraq dronlardan istifadə edəcək.

PUA-lardan (Pilotsuz uçuş aparatlar) söz düşəndə ilk olaraq, göz önündə Azərbaycan Ordusunun 44 günlük zəfər tarixi canlanır. Döyüşlərdən başlayan təcrübənin indi müasir həyatda da istifadəsinə zərurət yaranıb.

“Azərişıq” bunu nəzərə alaraq, öz fəaliyyət planlarına PUA-ları da daxil edib.

“Azərişıq”dan Bizim.Media-ya verilən məlumata görə, bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişlər üçün nəzərdə tutulmuş dronlardan xeyli fərqlənir. İlk əvvəl, şəbəkələrin texniki vəziyyətini vizual qiymətləndirməyə imkan verən aparatlar xüsusi yüksək gərginlikdən mühafizə funksiyası və spesifik qusurları aşkar edən çoxlinzalı kameralarla təchiz edilib.

Xüsusi Təyinatlı Texniki Uçuş aparatlarının kameraları 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş apara bilir. Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.

Dronlarla aparılan xidmət ənənəvi üsulla olan texniki baxışlardan çox fərqlənəcək. Belə ki, bu xüsusi uçuş aparatları qəza olan sahəyə tez bir zamanda çatıb, kamera və elektron yaddaşı vasitəsilə nasazlığı dəqiqliklə təyin edə biləcəklər. Bundan sonra qəza yerinə gedən texniki heyət nasazlığı necə aradan qaldıracağı barədə tam məlumatlı olacaq.

Bu növ xüsusi təyinatlı texniki uçuş aparatlarından daha çox işğaldan azad olunmuş ərazilərdə istifadə olunacaq.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin