6 ayda illik inflyasiya 0,7 % təşkil edib

Hazırda oxunan: 6 ayda illik inflyasiya 0,7 % təşkil edib

6 ayda illik inflyasiya 0,7% təşkil edib Bu ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,4%, qeyri-qida məhsulları üzrə 101,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən Bizim.Media xəbər verir.

201401

Bu ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,4 %, qeyri-qida məhsulları üzrə 101,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin iyun ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 101,1 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,2 %, qeyri-qida məhsulları üzrə 101 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % olub.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 % təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 % təşkil edib.
İyunda ayrı-ayrı qida məhsullarından maya nisbətən daha çox azalma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, günəbaxan və qarğıdalı yağlarının, bananın, gilasın, alçanın, əriyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, baş soğanın, kartofun, artım isə əsasən unun, makaronun, mal və qoyun ətinin, yumurtanın, zeytun yağının, limonun, almanın, çiyələyin, kivinin, ağ kələmin, göyərtinin qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1% olub. Qeyri-qida mallarından daha çox artım parçaların, yay geyimlərinin, kəsilmiş taxtanın, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 100,3 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən xalçaların yuyulması, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin