Turizm mövsümünün başlaması ilə əlaqədar təkcə şəhər ətrafında mənzillərin qiyməti artmayıb, paytaxtın ayrı-ayrı ünvanlarında da kirayə qiymətləri yüksəlib. Maraqldır ki, paytaxtda bir və bir neçə günlük kirayişinlərin sayı daha çox artıb. Bu da qiymətə öz təsirini göstərib. Məsələn, paytaxtın dənizə yaxın hissəsində gündəlik kirayə haqqı 100-200 manat arasında dəyişir. Digər ərazilərdə isə qiymətlər 80-100 manatdır.
Daşınmaz əmlak üzrə ekspertlər hesab edir ki, üzü payıza doğru kirayə qiymətləri daha da bahalaşacaq. Bu da noyabr ayında keçiriləcək COP29 tədbirləri ilə bağlıdır. Məlumdur ki, bu tədbirlərlə bağlı ölkəmizə minlərlə turistin gələcəyi gözlənilir. Təbii ki, bu qədər qonağın gəlişi mənzil bazarına da öz təsirini göstərəcək.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, istənilən böyük tədbir Bakının mənzil bazarına öz təsirini göstərir:
“Bu mənada COP29 kimi mötəbər bir tədbirin keçirildiyi günlərdə mənzil bazarında xüsusi canlanma olacağı gözlənilir. Məlumdur ki, ÇOP29-a ən azı 50-60 min insanın gəlişi gözlənilir. Bu qədər qonağı eyni vaxta qəbul edəcək hotellərimizsə yoxdur. Ona görə qonaqlar fərdi evlərə də üz tutacaq. Artan tələbatsa qiymətləri qaldıracaq. Artıq qiymət artımı elektron portallarda özünü göstərir. Vaxt yaxınlaşdıqca qiymətlər daha da yüksələcək. Bizdə olan məlumata görə şəhərin mərkəzi və dənizə yaxın hissəsində mənzili olan insanların çoxu artıq hazırlıq işlərinə başlayıblar. Onlar mənzillərinə əl gəzdirir, ən yaxşı vəziyyətə gətirməyə çalışırlar. Qiymətlərin payızda nə qədər artacağını deməksə bir qədər çətindir. Amma onu deyə bilərəm ki, indiki qiymətlərlə müqayisədə fərq böyük olacaq”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:15 / 10.07.2024
Bu tarixdən kirayə mənzillər kəskin bahalaşacaq – Mühüm AÇIQLAMA
Hazırda oxunan: Bu tarixdən kirayə mənzillər kəskin bahalaşacaq – Mühüm AÇIQLAMA
Hazırda oxunan: Bu tarixdən kirayə mənzillər kəskin bahalaşacaq – Mühüm AÇIQLAMA
Bu tarixdən kirayə mənzillər kəskin bahalaşacaq. Turizm mövsümünün başlaması ilə əlaqədar paytaxtda kirayə qiymətlərinin artması gözlənilir. COP29 tədbiri də mənzil bazarına öz təsirini göstərəcək.
201364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.