Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüdün məbləği iki dəfə azaldılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Məşğulluq haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Peşə hazırlığına cəlb olunmuş şəxslərə təqaüd məbləğinin minimum əməkhaqqının 50 faizi məbləğində müəyyən olunması ilə bağlı 29-cu maddəyə dəyişiklik edilib.
Belə ki, ölkə üzrə minimum aylıq əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq, işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə etmələrinə əngəl yaradır.
Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024‒2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nda işğaldan azad edilmiş ərazilərdə məskunlaşan 12 min nəfərin 2026-cı ilədək peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:09 / 08.07.2024
Bu şəxslərə verilən təqaüdün məbləği iki dəfə AZALDILDI
Hazırda oxunan: Bu şəxslərə verilən təqaüdün məbləği iki dəfə AZALDILDI
Hazırda oxunan: Bu şəxslərə verilən təqaüdün məbləği iki dəfə AZALDILDI
Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüdün məbləği iki dəfə azaldı. Əməkhaqqı minimumunun artması ilə əlaqədar qanun dəyişikliyi haqqında məlumat.
201040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.