Yanacağın qiymətinin tənzimlənməsindən sonra bir sıra sahələrdə bahalaşmanın olacağı gözlənilir. Ekspertlər bunu daşıma xərclərinin artması ilə əlaqələndirirlər. Artım tendensiyasına fokuslandığımız bu ərəfədə vətəndaşları düşündürən bir sual var:
Bəs, ucuzlaşma nə vaxt olacaq? Hansısa məhsulların qiymətlərində enmə gözlənilirmi?
Bizim.Media mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, tənzimlənən və bazarın müəyyənləşdirdiyi qiymətləri görürük:
“Bəzi məhsulların qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Yanacaq, dərman preparatları və bir sıra digər məhsulları qeyd edə bilərik. Ərzaq məhsulları artıq tələb və təklifə uyğun olaraq müəyyənləşməkdədir. Mövsümi olaraq kənd təsərrüfatı məhsullarının qiymətlərində ucuzlaşma gözləniləndir.
Xüsusilə iyul ayında kənd təsərrüfatı məhsullarının istehsalında artımlar olur. Bu da təklifin artmasına və qiymətin aşağı enməsinə gətirib çıxarır. Təbii ki, uzunmüddətli dövr üçün yerli istehsal və istehsal xərclərinin optimallaşdırılması çox vacibdir. Bu baxımdan bütövlükdə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri onların xərcindən asılı olacaq”.
V. Bayramov əlavə edib ki, sahibkarların xərclərinin optimallaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi önəmlidir:
“Onların ucuz kreditlərlə təminatı, bəzi hallarda subsidiya imkanlarının yaradılması bütövlükdə bir sıra məhsullar üzrə ucuzlaşma meyillərinin formalaşmasına gətirib çıxara bilər”.
İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, sentyabr ayına qədər meyvə-tərəvəzlərin qiymətində enməni müşahidə edə bilərik:
“Ancaq digər sahələrdə məhsulların ucuzlaşması üçün təməl səbəblər yoxdur. Ümumi inflyasiya prosesi yüksək olduqda hansısa sahədə ucuzlaşmanı gözləmək olmur. Yanacaq qiymətlərinin artması da logistikanı, yükdaşımaları bahalaşdırdığı üçün potensial olaraq qiyməti aşağı düşəcək məhsulların daşınma xərcinin artması onların ucuzlaşmasına imkan vermir”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:20 / 06.07.2024
Sentyabra qədər bu məhsullar UCUZLAŞACAQ – Mühüm AÇIQLAMA
Hazırda oxunan: Sentyabra qədər bu məhsullar UCUZLAŞACAQ – Mühüm AÇIQLAMA
Hazırda oxunan: Sentyabra qədər bu məhsullar UCUZLAŞACAQ – Mühüm AÇIQLAMA
Sentyabra qədər bu məhsullar UCUZLAŞACAQ – Mühüm AÇIQLAMA Yanacağın qiymətinin tənzimlənməsindən sonra bir sıra sahələrdə bahalaşmanın olacağı gözlənilir. Ekspertlər bunu daşıma xərclərinin artması ilə əlaqələndirirlər. Artım tendensiyasına fokuslandığımız bu ərəfədə vətəndaşları düşündürən bir sual var: Bəs, ucuzlaşma nə vaxt olacaq? Hansısa məhsulların qiymətlərində enmə gözlənilirmi? Bizim.Media mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
200601
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.