Xəbər verdiyimiz kimi cari ilin ilk beş ayında Azərbaycan xarici ölkələrdən 217 milyon 89 min ABŞ dolları dəyərində əczaçılıq mәhsulları alıb.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71 milyon 670 min ABŞ dolları və ya 24,8% azdır. Ötən ilin müvafiq dövründə bu məbləğ 288 milyon 759 min ABŞ dolları olub.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında idxal olunan əczaçılıq məhsulları ümumi idxalın 2,97 faizini təşkil edib.
Bəs, idxalın həcmi niyə azalıb?
Suala Iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, idxal edilən dərmanların dəyərinin son bir ildə azalmasının müxtəlif səbəbləri ola bilər:
“Ən dəqiq səbəbi bilmək üçün idxalın strukturunu bilməliyik. Dəyərin aşağı düşməsi o demək deyil ki, gətirilən dərmanların həcmi azalıb. Bəlkə də gətirilən dərman preparatlarının həcmi artıb. Bu da o deməkdir ki, ola bilsin ki, ucuz dərmanlar sinfinə aid olan dərmanların həcmi idxalda artıb. Bu hesaba da dəyər baxımından idxal azalıb.
Bu da Azərbaycan reallığı üçün normal haldır. Ən azı ona görə ki, heç kim iddia edə bilməz ki, Azərbaycanda xəstələrin sayı azalıb. Səhiyyə Nazirliyinin və TƏBİB-in açıqladığı rəqəmlər göstərir ki, xəstələrin sayı ilbəil artır. Ona görə də iddia etmək olmaz ki, sağlam əhalinin sayı artdığına görə dərmana tələbat azalıb. Və yaxud demək olmaz ki, yerli istehsal artdığına görə idxalda eniş başlayıb. Ona görə də idxalın dəyər hesabında həcminin azalması ucuz dərmanlara üstünlük verilməsidir”.
Ekspert qeyd edib ki, postpandemiya dövründə Azərbaycana kifayət qədər çox dərman preparatı idxal olunduğu üçün də cari dövrdə azalma başa verə bilər:
“Hər bir dərmanın da müəyyən saxlanma müddəti var. Ola bilsin ki, saxlanma müddəti sona yaxınlaşan dərmanlar kütləvi şəkildə bazara çıxarılıb. Və bu hesaba da idxalın həcmi dəyər hesabı ilə 25 faiz azalıb”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:40 / 06.07.2024
Dərman idxalında KƏSKİN AZALMA – Tələbat azalıb, yoxsa…
Hazırda oxunan: Dərman idxalında KƏSKİN AZALMA – Tələbat azalıb, yoxsa…
Hazırda oxunan: Dərman idxalında KƏSKİN AZALMA – Tələbat azalıb, yoxsa…
Dərman idxalında KƏSKİN AZALMA – Tələbat azalıb, yoxsa… Xəbər verdiyimiz kimi cari ilin ilk beş ayında Azərbaycan xarici ölkələrdən 217 milyon 89 min ABŞ dolları dəyərində əczaçılıq mәhsulları alıb.
200593
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.