Azərbaycanda halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlanır.
Bizim.Media xəbər verir ki, Azərbaycan Standartlaşdırma İnstututu tərəfindən hazırlanmaqda olan dövlət standartı islam qaydalarına cavab verəcək.
Rəsmi statistik məlumatlara əsasən, hər il Azərbaycana ərəb ölkələrindən 300 minə yaxın turist axın edir. Nəzərdə tutulan standart isə turizm sektorunu müsəlman ölkələrindən gələn, eyni zamanda yerli turistlər üçün daha cəlbedici etmək, həmçinin turizm xidmətlərini bu standartların tələblərinə uyğunlaşdırmaq və müsəlman turistlərin artan tələblərini qarşılamaq məqsədilə hazırlanır.
Hazırlanacaq standartda isə müsəlman turistlərin istirahəti üçün halal qida, halal kosmetika, eyni zamanda halal dərman vasitələri barədə tələblər qoyulub. Bununla yanaşı, həmin turistlər üçün bir sıra yeni xidmətlər də göstəriləcək.
Ekspertlər isə bildirirlər ki, bir çox ölkələrdə mövcud olan halal turizm standartının Azərbaycanda da tətbiq edilməsi turizm sektorununun, eyni zamanda göstərilən xidmətlərin bir neçə istiqamətdə yaxşılaşmasına səbəb olacaq.
Qeyd edək ki, halal turizm standartının bu ildən həyata keçirilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media