“Leobank” müştərilərinə XƏBƏRDARLIQ – “Dələduzlar bu yolla vəsaitləri ələ keçirirlər”

Hazırda oxunan: “Leobank” müştərilərinə XƏBƏRDARLIQ – “Dələduzlar bu yolla vəsaitləri ələ keçirirlər”

"Leobank" müştərilərinə XƏBƏRDARLIQ – "Dələduzlar bu yolla vəsaitləri ələ keçirirlər" Son zamanlar kibercinayətkarlığın sayı durmadan artır. Dələduzlar asan pul qazanmaq üçün ən müxtəlif üsullara əl atırlar. Xüsusən də, bankların adından istifadə edilir. Hansısa bankın adından çıxış edən dələduzlar kart sahiblərinə şirnikləndirici vədlər verir. Daha sonra da bu vədlərin "icrası" üçün vətəndaşdan karta dair məlumatları əldə edirlər. Sonda da kartın bütün məlumatlarını əldə edən dələduzlar vətəndaşın vəsaitini ələ keçirirlər. Son günlər belə bir dələduzluq hərəkəti "Leobank" müştərilərinə qarşı edilir. Sosial şəbəkə üzərindən "Leobank"ın müştərilərinə yalan vəd verilir ki, hər müştəriyə 100 manat hədiyyə olunub. Bu hədiyyəni "vermək" üşün müştəridən ona məxsus gizli məlumatlar istənilir. Kimlərsə buna inanırsa kartındakı bütün vəsait oğurlanır. Məsələ ilə bağlı "Leobank"dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, belə dələduzluq hallarından məlumatlıdırlar: "Əsas olaraq tərəfimizdən bu halların qarşını almaq üçün müştərilərimizə OTP kod gəldiyi bildirişlərdə xəbərdarlıq təqdim olunur. Əlavə olaraq, Bankımızın Təhlükəsizlik Departamenti bu cür feyk saytlarla üzləşən zaman, dərhal şikayət edir (səhifənin özündən) və aidiyyəti üzrə yönləndirir. Əlavə olaraq, tərəfimizdən fərqli maarifləndirici postlar hazırlanıb tezliklə paylaşılacaq. Bununla belə bir daha müştərilərimizə xəbərdarlıq edirik ki, bu cür feyk xəbərlər inanmasınlar və kartlarının məlumatını heç kimə verməsinlər". Surxay Atakişiyev, Bizim.Media

200389

Son zamanlar kibercinayətkarlığın sayı durmadan artır. Dələduzlar asan pul qazanmaq üçün ən müxtəlif üsullara əl atırlar. Xüsusən də, bankların adından istifadə edilir. Hansısa bankın adından çıxış edən dələduzlar kart sahiblərinə şirnikləndirici vədlər verir. Daha sonra da bu vədlərin “icrası” üçün vətəndaşdan karta dair məlumatları əldə edirlər. Sonda da kartın bütün məlumatlarını əldə edən dələduzlar vətəndaşın vəsaitini ələ keçirirlər.

Son günlər belə bir dələduzluq hərəkəti “Leobank” müştərilərinə qarşı edilir. Sosial şəbəkə üzərindən “Leobank”ın müştərilərinə yalan vəd verilir ki, hər müştəriyə 100 manat hədiyyə olunub. Bu hədiyyəni “vermək” üşün müştəridən ona məxsus gizli məlumatlar istənilir. Kimlərsə buna inanırsa kartındakı bütün vəsait oğurlanır.

Məsələ ilə bağlı “Leobank”dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, belə dələduzluq hallarından məlumatlıdırlar:

“Əsas olaraq tərəfimizdən bu halların qarşını almaq üçün müştərilərimizə OTP kod gəldiyi bildirişlərdə xəbərdarlıq təqdim olunur. Əlavə olaraq, Bankımızın Təhlükəsizlik Departamenti bu cür feyk saytlarla üzləşən zaman, dərhal şikayət edir (səhifənin özündən) və aidiyyəti üzrə yönləndirir.
Əlavə olaraq, tərəfimizdən fərqli maarifləndirici postlar hazırlanıb tezliklə paylaşılacaq. Bununla belə bir daha müştərilərimizə xəbərdarlıq edirik ki, bu cür feyk xəbərlər inanmasınlar və kartlarının məlumatını heç kimə verməsinlər”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin