Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində investisiya əməkdaşlığı üzrə işçi qrupu yaradılacaq.
Bizim.Media xəbər verir ki, bu fikir iyulun 3-də Astanada qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də yer alıb.
Bildirilib ki, tərəflər həmçinin öz müəssisələrinin Azərbaycan və Çində qarşılıqlı investisiya qoyuluşu və biznesin inkişafında, o cümlədən onların rezident qismində Azərbaycan və Çinin azad iqtisadi zonalarının və sənaye parklarının fəaliyyətində qarşılıqlı iştirakını dəstəkləyirlər.
Çin Azərbaycanla neft və qaz, neft-kimya, eləcə də "yaşıl enerji", elektrik enerjisi, yüksək texnologiyalar və innovasiyalar, süni intellekt və kosmik sahədə sərmayə əməkdaşlığının inkişafını alqışlayır.
Bəyannaməyə əsasən, tərəflər iki ölkənin müəssisələri üçün əlverişli şərtlər və lazımi şərait yaratmağa, əməkdaşlıq layihələrinin və müəssisələrinin heyətinin təhlükəsizliyini birgə təmin etməyə hazır olduqlarını bildirbrlər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:40 / 03.07.2024
Azərbaycan Çinlə investisiya əməkdaşlığı üzrə işçi qrupu yaradacaq
Hazırda oxunan: Azərbaycan Çinlə investisiya əməkdaşlığı üzrə işçi qrupu yaradacaq
Hazırda oxunan: Azərbaycan Çinlə investisiya əməkdaşlığı üzrə işçi qrupu yaradacaq
Azərbaycan və Çin arasında investisiya əməkdaşlığı üzrə işçi qrupu yaradılacaq. Astanada qəbul olunan Birgə Bəyannamə çərçivəsində strateji tərəfdaşlığın qurulması haqqında məlumat verilib. Çin Azərbaycanla neft, qaz, texnologiyalar, yaşıl enerji və sərmayə sahələrində əməkdaşlığı alqışlayır.
200315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.