İtalyan şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Hazırda oxunan: İtalyan şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

İtalyan şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

200166

Energetika naziri Pərviz Şahbazov İtaliyaya səfəri çərçivəsində “CESI” şirkətində olub.

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, şirkətin icraçı direktoru Nicola Melchiottinin rəhbərliyi ilə geniş tərkibli görüş keçirilib.

Enerji, texnologiya və innovasiya üzrə dünyada aparıcı məsləhətçi şirkətlərdən olan “CESI”nin 70-dən çox ölkədə xidmətləri, enerji sahəsində ötürücü infrastrukturun planlaşdırılması və mühəndisliyi, şəbəkənin modernləşdirilməsi və bərpaolunan enerji istiqamətində fəaliyyətinə dair təqdimatlar edilib.
Görüşdə “Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması prosesinin gedişatına və bərpaolunan enerji güclərinin şəbəkəyə qoşulması üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.

“Yaşıl enerji” bağlantılarının enerji təhlükəsizliyi və enerji keçidini geniş coğrafiyada təmin edən əhəmiyyətindən bəhs olunub.

“Yaşıl enerji dəhliz”ləri təşəbbüsünün COP29-un Fəaliyyət Gündəliyinin prioritetlərindən biri kimi nəzərdən keçirildiyi qeyd olunub və COP çərçivəsində birgə tədbirin keçirilməsi razılaşdırılıb.

Nazir, həmçinin “CESI” şirkətinin laboratoriyasına baş çəkib, burada elektrik komponentlərinin və sistemlərinin etibarlılığını, təhlükəsizliyini təmin etməyə yönəlmiş müxtəlif sınaq növlərinə baxış keçirib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin