"GSMA" 2023-cü il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib. Sənəd 173 ölkə üzrə dünya əhalisinin 99 faizinin mobil internetə qoşulması üzrə göstəriciləri əhatə edir. Hesabata görə, ölkəmiz ötən il mobil internetə qoşulma üzrə 69,33 indeks xalı toplayıb. Bu da 2022-ci illə müqayisədə artım deməkdir.
Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Həmçinin qeyd olunub ki, qurum tərəfindən 2022-ci il üzrə Azərbaycanla bağlı göstəricilərin hesablanmasında yanlışlığa yol verilib, nəticədə həmin il üçün ölkəmizin indeks xalı 61,2 müəyyən edilib.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəsmi müraciəti əsasında hesablamalar yenidən aparılaraq yanlışlıq aradan qaldırılıb. Beləliklə, Azərbaycanın 2022-ci il üzrə nəticələri 66,63 xala yüksəldilib.
Eyni zamanda, 2023-cü ilin göstəricilərinə görə, Azərbaycan “Mobile Connectivity Index” üzrə “Keçid” (Transitioner) qrupundan, “İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:26 / 02.07.2024
Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib
Hazırda oxunan: Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib
Hazırda oxunan: Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib
200130
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.