Mərkəzi Bankın ehtiyatları üç ayda 11 milyon dollar azalıb - Pullar hara gedib?  

Hazırda oxunan: Mərkəzi Bankın ehtiyatları üç ayda 11 milyon dollar azalıb - Pullar hara gedib?  

20006

“2021-ci ilin birinci rübünün yekunlarında bank sektorunun bir sıra aparıcı göstəricilərində neqativ dəyişmə qeydə alınıb. Bu ilin ilk rübündə problemli kreditlərin həcmində artımlar davam edib”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vüqar Bayramov “Facebook” hesabında qeyd edib.

Deputat bildirib ki, Mərkəzi Bankın məlumatına görə, vaxtı keçmiş kreditlərin həcmi ötən ilin son ayında 893,1 milyon manat idisə, bu göstərici 2021-ci ilin yanvarında 900,4 milyon, fevralda 917,5 milyon və nəhayət mart ayının yekunlarında 918,2 milyon manata çatıb:

“Bu o deməkdir ki, bir rüb ərzində bank sektorunda problemli kreditlərin həcmi 25 milyon manatdan çox artıb. Bu müddətdə depozitlərdə də azalma müşahidə edilib. Mərkəzi Bankın məlumatına görə, fiziki şəxslərin əmanətləri bu ilin mart ayında əvvəlki aya nisbətən 232 milyon manat azalıb. Belə ki, fevral ayında vətəndaşların banklardakı əmanətləri 8 milyard 379 milyon manat olsa da, bir ay sonra bu göstərici 8 milyard 147 milyon manata düşüb. Mərkəzi Bankın beynəlxalq ehtiyatları da bu ilin mart ayında əvvəlki aya nisbətən azalıb. Belə ki, bu il fevral ayında 6 milyard 367 milyon dollar olan ehtiyatlar azalaraq, 6 milyard 356 milyon dollara düşüb. Bu o deməkdir ki, Mərkəzi Bankın beynəlxalq ehtiyatları mart ayında əvvəlki aya nisbətən11 milyon dollar azalıb”.

Vüqar Bayramovun fikrincə, rəsmi göstəricilər bank sektorunda islahatların dərinləşdirilməsinə ehtiyac olduğunu təsdir edir:

“Mərkəzi Bank bank sektorunda rəqabəti gücləndirməklə kredit faizlərinin azalmasına, depozit və kredit siyasətləri arasındakı mütənasibliyin möhkəmləndirilməsinə nail ola bilər. Bu passiv vəsaitlərin banklara cəlb edilməsi və kredit şərtlərinin yumşalmasına gətirib çıxara bilər. Eyni zamanda, valyuta bazarının liberallaşdırılması istiqamətində də tədbirlərin genişləndirilməsinə ehtiyac var”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin