“Hazırda manatın məzənnəsinə təsir edən iki amil müsbət istiqamətdədir.Bunlar neftin qiyməti və makroiqtisadi göstəricilərdir. Onların hər ikisi devalvasiyaya əsas olmadığını göstərir”.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, Neftin hazırkı qiyməti büdcədə nəzərdə tutulandan 33 faizədək yüksəkdir.
“Amma kommersiya bankları bu gün dolların satışına məhdudiyyət qoyub. Bunu çirkli pulların yuyulmasının qarşısını almaqla əlaqələndirirlər. Çirkli pulların yuyulmasının qarşısını almaq üçün qanunvericilikdə kifayət qədər tədbirlər var. Mərkəzi Bankdan kommersiya banklarının bu addımı ilə bağlı daha tutarlı açıqlama verilsə, yaxşı olardı”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:49 / 04.05.2021
Deputatdan Elman Rüstəmova ÇAĞIRIŞ: “Dollar satışı məhdudiyyəti ilə bağlı tutarlı açıqlama versin”
Hazırda oxunan: Deputatdan Elman Rüstəmova ÇAĞIRIŞ: “Dollar satışı məhdudiyyəti ilə bağlı tutarlı açıqlama versin”
Hazırda oxunan: Deputatdan Elman Rüstəmova ÇAĞIRIŞ: “Dollar satışı məhdudiyyəti ilə bağlı tutarlı açıqlama versin”
20003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.