"Aİ-95" markalı benzinin qiymətində kəskin ucuzlaşma olacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Telegram kanallarında məlumat yayılıb.
Bildirilir ki, ucuzlaşma sabahdan olacaq. Hazırda "Aİ-95" markalı benzinin bir litrinin qiyməti 2 manat təşkil edir.
Qeyd edək ki, "Aİ-95" markalı benzin xaricdən idxal olunur, qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir.
Azərbaycanda "Aİ-95" markalı benzinin qiyməti sonuncu dəfə 2022-ci il iyulun 13-də 1,6 manatdan 2 manata qalxıb.
Alınan son məlumata görə, 15 iyul tarixindən "Aİ-95" benzinin qiyməti 1 manat 60 qəpik olacaq.
Bizim.Media