Vətəndaşların karqo şirkətləri ilə sifariş verdiyi mallar niyə gecikir? – SƏBƏB

Hazırda oxunan: Vətəndaşların karqo şirkətləri ilə sifariş verdiyi mallar niyə gecikir? – SƏBƏB

19912

“Dövlət Gömrük Komitəsinin Smart Customs mobil tətbiqi xeyli təkmilləşdirilib. Vətəndaşlar və karqo şirkətləri bu resursdan yetərincə faydalanırlar. Bununla belə, bəzən müşahidə olunur ki, Smart Customs-u idarə edənlər, güman ki, əziyyətə qatlaşmamaq üçün karqolardan əlavə informasiyalar tələb edir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında qeyd edib.

O, qeyd edib ki, son dövrlərdə karqo şirkətlərdən tələb olunur ki, xaricdəki anbarlarında olan bağlamanın ölkəyə göndərilməsindən öncə onun üzərinə daha bir əlavə etiket -məlumat, bəyannamə nömrəsi ilə bağlı məlumat yerləşdirilsin:
 

“Hansı ki, belə məlumat artıq Smart Customs-da var. Xaricdən e-ticarət yolu ilə alış veriş edənlərin və onlara xidmət edən karqo şirkətlərin sayı durmadan artır. Hazırda ölkədə 170-dən çox karqo şirkət fəaliyyət göstərir.


Görünür ki, vətəndaşlar ölkəmizdə böyük "Mall"-ların işləmədiyi pandemiya dövründə xaricdən alış-verişə daha çox üstünlük verirlər. Düşünürəm ki, vətəndaşın alış-veriş zamanı əldə etdiyi invoys-fakturanın həm də karqo tərəfindən sistemə vurulmasının tələbi doğru bir yanaşma deyil. Hansı ki, vətəndaş bunu gömrüyə bəyannaməni verərkən əlavə edir. Bütün bunlar sonda bağlamaların gecikməsinə, əlavə xərclərə və yüklənmələrə səbəb olur”.

Ekspertin sözlərinə görə son zamanlar bəzi karqolar ASAN login sistemindən istifadə edilməsində müəyyən ayrı-seçkiliklə qarşılaşdığını bildirirlər:
 

“Fikrimcə, kifayət qədər faydalı və effektiv bir rəqəmsal resursa, mövcud olan və olmayan bəzi bürokratik proseduraları da elektronlaşdırmaqla əlavə etmək sonda bu resursun əhəmiyyətini və funksionallığını xeyli azalda bilər.


Daha doğru variant o olardı ki, mövcud bürokratik proseduralar daha da sadələşdirilsin, bundan sonra rəqəmsal resursda nəzərə alınsın, gömrük və karqo dataları tam inteqrasiya olunsun, vətəndaşdan və ya karqodan əlavə informasiyalar tələb olunmasına ehtiyac qalmasın. 170-dən çox karqo şirkətinin xidmət göstərdiyi on minlərlə vətəndaşın e-ticarət yolu ilə gətirdiyi malların Smart Customs vasitəsilə rəqəmsal mühitdə gömrük rəsmiləşdirməsi sahəsində DGK-nın fəaliyyəti təqdirə layiqdir. Ümid edirəm, qeyd olunan çatışmazlıqlar da qısa müddətdə aradan qaldırılacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin